Antarktidada İNANILMAZ KƏŞF: nəsli tükənməyibmiş, milyonlarcası tapıldı
Sfera.az xarici mətbuata istinadən bildirir ki, ilkin məlumata görə, burada 1.5 milyon pinqvindən ibarət koloniya məskunlaşıb.
Oksford Universitetinin araşdırma qrupunun rəhbəri Tom Hart bu barədə "BBC News”a açıqlama verib. Onun sözlərinə görə, Antarktidada hava şəraiti üzündən tədqiq edilməmiş bir çox ərazidə gələcəkdə də belə təəccübləndirici kəşflər ola bilər:
"Təhlükə adalarına gedib çıxmaq çox çətin olduğu üçün araşdırmaçılar buna cəhd belə etmirdilər. Bilirdim ki, orada bizi təəccübləndirən bir şey tapacağıq. Kosmosdan çəkilmiş görüntülər də bizə orada həyat olduğunu göstərdi. Bundan sonra fəaliyyətə keçdik və koloniyaları aşkarladıq”.
Qeyd edək ki, Anktartikanın simvollarından olan Adeli pinqvinlərinin nəslinin tükənmək üzərə olduğu düşünülürdü.