ANS-in Qənirəsindən — İNANILMAZ FOTOLAR
11:50 / 14.12.2019
3972
ANS televiziyasının keçmiş aparıcısı Qənirə Ataşovanın yeni paylaşımı maraqla qarşılanıb.
Sfera.az xəbər verir ki, hazırda ABŞ-da yaşayan aparıcı fotolarını sosial şəbəkədə paylaşıb. Yoqa ilə məşğul olan Ataşova məşq zamanı çəkilən fotolarını izləyiciləri ilə bölüşüb.
O, paylaşımını belə şərh edib:
"Şəkillər ruhumu əks etdirir. Allaha min şükürlər olsun. 40-adək qədər boşuna yaşamadım. Çalışdım, öyrəndim və öyrənməyə davam edirəm. Qiyməti olan vaxtın dəyərini bilək. Çəkimi 50 kiloqram olaraq, qoruya bildim”.
Qeyd edək ki, 18 iyul 2016-cı il tarixində ANS telekanalının yayımı dayandırılıb.(ölkə.az)