Anna Akopyanın keçmiş stilisti: Zinət əşyalarımı qaytar

Anna Akopyanın keçmiş stilisti: Zinət əşyalarımı qaytar
"Mənim zinət əşyalarımı qaytar, sifariş etdiyin paltarların pulunu ödə”.

Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın feysbuk səhifəsindəki statustuna keçmiş stilisti və vizajisti Sofya Xudoyan rəy yazaraq bildirib.

"Ayıbdır. Yazdığım rəyləri pozma. Nə qədər ki vicdanın oyanmayıb, yazacağam, onsuz da yenə yazacağam”, – deyə keçmiş stilisti yazıb.

Məlumata görə, S.Xudoyanın hökumət başçısının köməkçisi vasitəsilə A.Akopyanla görüşmək cəhdi uğursuz olub. Anna Akopyanın keçmiş stilistinin rəylərini pozduğu ehtimal edilir.

OXŞAR XƏBƏRLƏR