Ankaranın Qətərlə bağlı bu amili ciddi faktordur: Tehran ABŞ-a öz mesajını verəcək...

Ankaranın Qətərlə bağlı bu amili ciddi faktordur: Tehran ABŞ-a öz mesajını verəcək...
"Türkiyənin Qətərlə iqtisadi platformada ciddi müttəfiq münasibətləri var. Şübhəsiz ki, rəsmi Ankaranın atdığı addımlarda bu amil də son dərəcə ciddi faktor olaraq qəbul edilməlidir". 

Bu sözləri Sfera.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib.
 
 

O bildirib ki, hər iki ölkə arasında 2014-cü ildə hərbi razılaşma olub:
"Bu gün kiçik sayda olsa belə türk hərbi kontingentinin Qətər ərazisinə yerləşdirilməsi, əslində həmin müqavilənin şərtlərinin irəli çəkilməsi ilə izah oluna bilər. Lakin burada əslində cavabı verilməli olan sual başqadır: Türkiyənin ərəb qarşıdurmasında bu qədər açıq şəkildə tərəf tutması nə dərəcədə doğrudur?
Təbii ki, bu suala cavablar müxtəlif ola bilər və fikirlərin əsaslandırılması üçün gətirilən arqumenlər də müxtəlifdir. Hər halda Ankaranın daha loyal mövqe sərgiləyərək digər ərəb ölkələri, xüsusilə də ticari dövriyyəsi kifayət qədər yüksək olan Səudiyyə Ərəbistanı ilə münasibətlərinə xələl gətirməyəcək dərəcədə neytrallıq nümayiş etdirməsi daha doğru olardı". 

Onun sözlərinə görə, ABŞ İrana olan münasibətində təzyiqləri artıracaq:
"Lakin bu o demək deyil ki, Tehran buna səssiz qalacaq və baş verənlərlə razılaşacaq. Artıq neçə gündür ki, İrandan müxtəlif ziddiyyətli xəbərlər gəlir. Hər halda Tehran öz mesajını verəcək".

Qeyd edək ki, hazırda bir çox Körfəz ölkəsi Qətərlə münasibətləri dayandırıb. Buna səbəb kimi Qətərin terrorizmi maliyələşdirməsi əsas göstərilir.

Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...