Ankarada öldürülən səfirin adı əbədiləşdirildi
22:33 / 09.01.2017
956
Türkiyənin paytaxtı Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə həlak olmuş Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun adı verilib.
Sfera.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, qərar yekdilliklə Ankara şəhər bələdiyyəsinin yığıncağında qəbul edilib.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.