Ankarada Heydər Əliyevin doğumunun 93-cü ildönümü münasibətilə tədbir keçirilib

Ankarada Heydər Əliyevin doğumunun 93-cü ildönümü münasibətilə tədbir keçirilib
Ümummilli Liderimiz Heydər Əliyevin doğumunun 93-cü ildönümü münasibətilə 9 may 2016-cı il tarixində Ankaranın Yenimahallə rayonunda yerləşən möhtəşəm Heydər Əliyev Parkında böyük bir xatirə tədbiri həyata keçirilib.

Milli.Az bildirir ki, Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, Yenimahallə rayonunda yerləşən Heydər Əliyev Məktəbinin şagird və müəllim kollektivi, eləcə də onların ailələri, Ankarada təhsil alan tələbə və müdavimlərimizlə yanaşı çox sayda diaspor və KİV nümayəndələri iştirak etmişlər.

İlk olaraq, səfir Faiq Bağırov başda olmaqla tədbir iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin heykəli önünə çiçəklər qoymuş və onun mənəvi hüzuru önündə baş əymişlər.

Daha sonra tədbir, Ümummilli Liderimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından iki qardaş ölkə himnlərinin səsləndirilməsi ilə başlamışdır. Ardından, Heydər Əliyev Məktəbinin müdiri Necattin Şengəzər, tələbə və müdavimlərimizin təmsilçiləri, həmyerlimiz Professor Rahilə Şükürova, Türkiyə Respublikası prezidentinin

Baş müşaviri Yalçın Topçu və Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli Səfiri Faiq Bağırov həyata keçirdikləri çıxışlarda Ulu Öndərimizin əvəzedilməz dahi şəxsiyyəti və Azərbaycan-Türkiyə münasibətlərinin güclənməsindəki əhəmiyyətli rolundan bəhs etmişlərdir.

Natiqlər çıxışlarında, Ulu Öndərimizin ölkəmizə əvəzsiz xidmətlərindən, təhsilə və gənclərə verdiyi böyük əhəmiyyətdən geniş şəkildə fikirlər səsləndirərək, Onun Sovet İttifaqı zamanı da daxil olmaqla Azərbaycanın müstəqilliyini yenidən əldə etməsindən sonrakı dövrdə ölkəmizə etdiyi əvəzsiz xidmətlərdən, Azərbaycançılıq məfkurəsinin formalaşmasındakı rolundan və beynəlxalq aləmdə Azərbaycanın özünəməxsus yer tutmasında olan səylərini tədbir iştirakçılarının diqqətinə çatdırmışlardır.

Çıxışlardan sonra, Ulu Öndərimizin anadan olmasının 93-cü ildönümü münasibətilə Heydər Əliyev Məktəbinin şagirdləri arasında təşkil olunmuş rəsm, inşa ve şer müsabiqəsinin qaliblərinə Səfirlik tərəfindən hədiyyələr təqdim olunmuşdur.

Ardından Heydər Əliyev Məktəbinin şagirdləri Azərbaycan musiqiləri ilə rəqslər nümayiş etdirmişlər.

Tədbirdə Türkiyə Respublikası Baş Nazirinin müavinləri Numan Kurtulmuş, Lütfi Elvan və Ətraf mühit-şəhərsalma naziri Fatma Güldəmət Sarının mötəbər tədbirə ünvanladıqları mesajları oxunmuşdur.

OXŞAR XƏBƏRLƏR

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...