Ankarada antiterror əməliyyatı

Ankarada antiterror əməliyyatı

Ankarada keçirilən antiterror əməliyyatı zamanı İŞİD qruplaşmasının üzvü olmaqda şübhəli bilinən bir nəfər zərərsizləşdirilib.

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, Ahmet B. adlı şəxs Türkiyənin paytaxtında terror aktı törətməyi planlaşdırırmış.

Məlumata əsasən, 1992-ci ildə Türkiyənin Adana şəhərində anadan olan, Diyarbakırda qeydiyyatda olan Ahmet B. adlı şəxs terrorçu-kamikadze olub. 

Onun təhlükəsizlik qüvvələrinin əmrinə tabe olmadığı və müqavimət göstərdiyi bildirilir. Bundan sonra polis atəş açmaq məcburiyyətində qalıb və həmin şəxsi zərərsizləşdirib. 

Onun yaşadığı mənzildə böyük miqdarda partlayıcı maddə aşkarlanıb.


OXŞAR XƏBƏRLƏR