Anjelika efirə sərxoş halda çıxan Anar Nağılbaz haqda: \"Onun ayıq vaxtı olmayıb\"

Anjelika efirə sərxoş halda çıxan Anar Nağılbaz haqda: \
Xəbər verdiyimiz kimi reper Anar Nağılbaz efirə sərxoş halda çıxıb. Reper xəstəlikdən əziyyət çəkdiyi üçün spirtli içki qəbul etdiyini söyləyib. Vəziyyəti izah etməsinə baxmayaraq, reperin bu davranışı birmənalı qarşılanmayıb. 

Anar Nağılbazla iki il əvvəl yolları ayrılan, reperin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva da baş verənlərə münasibət bildirib.
 
O, Sfera.az-a açıqlamasında reperin həmişə belə məsuliyyətsiz və biganə olduğunu deyib:
 
"Onun ayıq vaxtı olmayıb. Biz ailəli olanda da belə idi. Bizim Anar bəy ilə münasibətimiz bitib, artıq görüşmürük. Övladım da atasını görmür. Özü gəlib uşaqla maraqlanmır. Aliment də vermir. Buna imkanının çatdığını da düşünmürəm. Heç kim bizi axtarmır, övladımla da maraqlanmırlar ki, bu uşaq nə edir, dərsləri necədir. Uşaq hər dəfə atasını soruşur ki, bəs nə vaxt gələcək. Hər bir uşaq istəyər ki, atası həmişə yanında olsun".
 
Anjelika Cəbiyeva reperin ailəsinin nəvələri ilə maraqlanmadığını deyib:
 
"Anarın ailəsi də bizlə əlaqə yaratmır. O ailənin işi ancaq qalmaqalla gündəmdə qalmaqdır. Heç nəvələri ilə maraqlanmırlar. Hər dəfə bir şey çıxarırlar ki, guya xəstəxanaya düşüblər, klip çəkdiriblər. Uşaqlarının eybini örtmək kimi bir fikirləri yoxdur. Hər dəfə də, bir söz çıxarırlar. Hər şeyi özləri edib, indi günahlarını mən çəkirəm. O zaman barışaram ki, sənədlə hər şey öz yerini tapsın, uşağım haqqı olanı alsın".

Şükufə Süleymanlı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...