Gündəm

Angela Merkel Gürcüstana səfəri zamanı təmas xəttindəki vəziyyətlə tanış oldu

Angela Merkel Gürcüstana səfəri zamanı təmas xəttindəki vəziyyətlə tanış oldu
Almaniyanın kansleri Angela Merkel Tbilisi Dövlət Universitetinin tələbələri ilə görüş başa çatdıqdan sonra təmas xəttinə yollanıb.

Kansler Odzisi kəndi ətrafında təmas xəttindəki vəziyyətlə tanış olub.

Bu gün Almaniya kansleri və Gürcüstanın baş naziri Tbilisi beynəlxalq hava limanında alman hərbçiləri, "Layiqli tərəfdaş" təliminin iştirakçıları ilə görüşəcək.

Almaniya kanslerinin Gürcüstana səfəri bir neçə saatdan sonra başa çatacaq. A.Merkel Cənubi Qafqaz turnesini Ermənistanda davam etdirəcək, sabah isə Azərbaycanda görüşlər keçirəcək./Report

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031