İdman

Ançelotti mətbuat konfransına gəlmədi

Ançelotti mətbuat konfransına gəlmədi

"Napoli"nin baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda evdə Avstriya təmsilçisi "Zalzburq"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransına qatılmayıb.

Sfera.az goal.az-a istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis heç bir səbəb göstərmədən matçı canlı yayımlayan telekanal üçün məcburi sayılan müsahibəyə də gəlməyib. Ançelotti və futbolçular görüşdən dərhal sonra stadionu tərk ediblər.

Onların davranışlarına səbəb kimi yaxınlarda məşq prosesinə müdaxilə edən klub prezidenti Aurelio De Laurentis ilə münasibətlərdəki gərginlik göstərilir.

Neapol təmsilçisinin rəhbəri nəticələrdən narazı olduğu üçün futbolçularını bu həftənin sonuna qədər bazaya qapadıb.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930