Ancelina Coli övladları ilə vaxt keçirərkən paparassilərin obyektivinə tuş gəlib

Ancelina Coli övladları ilə vaxt keçirərkən paparassilərin obyektivinə tuş gəlib

Altı uşaq anası, Hollivudun ən parlaq aktrisası, 44 yaşlı Ancelina Coli artıq vaxtının çox hissəsini İspaniyada, Fuerteventura adasında keçirir və burada onun iştirakı ilə "Əbədi” adlı super qəhrəman filminin çəkilişləri aparılır.

Aktrisanın həyatındakı əsas şey isə onun ailəsi və uşaqlarıdır. Coli uşaqlarını özü ilə birgə çəkilişlərə aparır. Ekran əsərinin günlük çəkilişləri sona çatdıqda, bütün ailə gəzməyə və əylənməyə gedir.

Altı uşağın hamısı gəzməyə getmir. Belə ki böyük oğlanları Maddoks və Paks müstəqil yaşamaq üçün kifayət qədər böyüyüblər (Maddoks hazırda Cənubi Koreyada yaşayır və orada təhsilini davam etdirir). Elə məhz bu səbəbdən bu dəfə Coli ilə gəzməyə yalnız Shaylo, Zahara, Knoks və Vivien gedib. Şənbə günü aktrisa uşaqları ilə birlikdə səyahət üçün bir gəmi icarəyə götürərək qayıq gəzintisinə çıxıb. Sahildə isə məşhur ailə paparassilərin fotokameralarının obyektivinə tuş gəliblər.

 

Qeyd edək ki, Coli Pitlə boşanmaq üçün 2016-cı ilin sentyabrında məhkəməyə rəsmi şəkildə müraciət edib. Cazibədar aktrisanın bu cür addım atmasına səbəb həyat yoldaşının uşaqlara qarşı düzgün olmayan tərbiyə üsullarından istifadə etməsi olub. Hətta gəzən dedi-qodulara görə, içkili vəziyyətdə olan Bred böyük oğlu Meddoksa şəxsi təyyarələrində əl qaldırıb. Daha sonra bu xəbər öz təsdiqini tapmamışdı. Cütlüyün qalmaqallı boşanma prosesi bu ilin aprel ayında sona çatıb.(oxu.az)

 

R


OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN Malayziyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bayram paradının məşqi zamanı Malayziyanın Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində vətəndaşlar...

Fəzail Ağamalı vətəndaş nikahından DANIŞDI: "Avropada artıq azalır, Azərbaycanda isə..."

"Vətəndaş nikahı Avropadan Azərbaycana keçib. Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır, amma Azərbaycanda isə getdikcə artır".  &nb...

Bu ölkədə helikopterlər TOQQUŞDU - Ölənlər var

Malayziya Hərbi Dəniz Qüvvələrinə aid iki hərbi helikopterin havada toqquşması nəticəsində 10 nəfər həyatını itirib.   Sfera.az xəbər verir ki, bu b...

"Daşıyan və satan bu qədərdirsə, qəbul edənlərin sayı görün nə qədərdir" - Deputatdan HƏYƏCAN TƏBİLİ

“Tibbi nöqteyi-nəzərdən qanun layihəsi vacibdir”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruz...

Bu bitki xərçəngin müalicəsində FAYDALIDIR - Həkimdən AÇIQLAMA

Əsrlər boyu xalq təbabətində istifadə edilən zəncirotu bitkisi 25 xəstəliyi müalicə edir.   Sfera.az xəbər verir ki, bu bitkinin yarpaqları, kökü və...

Azərbaycanda elektron siqaretlər qadağan olunacaq? – Deputat MM-də məsələ qaldırdı

“Bir növ siqaretçəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu Azərbaycanda da geniş yayılmış siqaretçəkmə formasıdır. Bunla...