“Ancaq nənəsi fəryad edirdi...” - Mövlud dəfn olundu + Fotolar

“Ancaq nənəsi fəryad edirdi...” - Mövlud dəfn olundu + Fotolar

Sfera.az musavat.com-a istinadən faciəvi şəkildə həyatını itirən tanınmış yazar Mövlud Mövludun dəfnindən hazırlanan kiçik reportajı təqdim edir:

Mövlud 1989-cu ildə Bakıda doğulub. Daha doğrusu, Bakının namını bilmədiyimiz kəndində.

Amma o, təpədən dırnağa qədər Qazaxlı idi. Qazax deyəndə gözləri dolur, uçurdu. Hətta söhbətlərin birində "Nizami Cəfərov parlamentdə təkdi”, deyib ağlamışdı. O bu qədər kövrək və Qazaxa bağlı idi. Bütün bayramları burada qeyd edirdi, elə bu gün də ənənəsinə sadiq qaldı. Gözləri doluydu, odur ki, dəfni yağmurlu keçdi. Mövlud deyəndə ağlımıza kövrəklik və səmimiyyət gəlir. Hər kəsdə bir az Mövlud var desəm, yalan olmaz. Səhər açılandan bütün media, sosial şəbəkələr Mövlud yazır, kövrəlir, gülür, kimi şəklini, kimi xatirələrini paylaşır.

Ancaq Mövludun ölümü özü kimi isti olmadı, soyuq, qərib və bir az da kimsəsiz oldu. Son 2 ili Mövludla birlikdə işlədim ,bəzən dərdləşirdik, həmişə kövrək, gülərüz amma dərdini saxlamaz, söhbətlər edərdi. Mövludun dayısı da 4 il əvvəl yağmurlu havada dəfn edilib. Qazaxın tarixi hamamından tez-tez yazan Mövlud elə həmin yerdə, Cümə məscidində son dəfə paklanaraq qəbir evinə yola salındı. Çox təəssüf ki valideynlərsiz. Elə həmişə olduğu kimi.Ancaq nənəsi fəryad edirdi: ”Mövluddan bir oğlan uşağı yadigar qaldı, onu ailə qəbiristanlığında dəfn etdilər. Beyni bilik dolu sakit Mövludum.

Mənə demişdin bu il də bayramı birlikdə qeyd edəcəyik amma mənə cansız bədənini gətirdin. Mövlud sanki ölməmiş qış yuxusuna gedib yatırdı”.





OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...