“Anayam, mənə belə suallar verməyin” – Flora Kərimova KÖVRƏLDİ
11:31 / 14.03.2018
3242
Azərbaycanın Xalq Artisti Flora Kərimova da Novruz Bayramının gəlişini gözləyir. Vətəndən kənarda olan övladları hər bayram olduğu kimi bu dəfə də analarına baş çəkəcəklərini deyiblər.
Müğənni Sfera.az-a bayramı necə qeyd edəcəyindən danışıb:
"Balalarımı - oğlumla qızımı gözləyirəm. Söz veriblər, Novruz bayramında gələcəklər. Anayam, övladlarımdan söz düşəndə kövrəlirəm. Mənə belə suallar verməyin. Bu bayramda onların yolunu gözləyirəm. Bayramı onlarla birgə Bakıda qeyd edəcəyik. Başqa yerə getməyə halım da yoxdur”.
Flora Kərimova haqqında çəkilən və bayram ərəfəsində təqdimatı olacaq filmdən də danışıb:
"Bu ərəfədə haqqımda çəkilən filmin də təqdimatı nəzərdə tutulur. Övladlarım da çalışır ki, o vaxta gəlsinlər. Hazırda film montaj prosesindədir. Bu səbəbdən filmin təqdimatı bir neçə ay gecikə də bilər. Ən geci filmin təqdimatı mayda baş tutacaq. Maya qalsa, övladlarım film təqdimatı üçün yenidən Bakıya gələcəklər”.
Nigar Məhərrəm
Sfera.az