Anaya südündə mikrob var dedilər… - BAKIDA TƏHLÜKƏ

Anaya südündə mikrob var dedilər… - BAKIDA TƏHLÜKƏ
Son günlər bir çox özəl xəstəxanalarda övlad dünyaya gətirən analara qoyulan diaqnozlardan biri də budur ki, "südünüzdə mikrob var, övladınıza süni qida, yəni, "smes" verin". Ancaq bu barədə diqqətli olmaq lazımdır.
 
Pediatr Vaqif Qarayev Sfera.az-a açıqlamasında dəfələrlə bu cür şikayətlərlə rastlaşdığını deyib:
 
"Ananın xəstəxanadan çıxdığı 2 gündür, zəng edib deyir ki, övladıma hansı "smes"dən verim. Deyirəm, ana südü faydalıdır. Qadın isə deyir ki, süd olsa da verə bilmərəm, xəstəxanadan südümdə mikrob olduğu söylənilib. Ana südündə heç vaxt mikrob ola bilməz. Uşağınızı qiymətli nemətdən məhrum etməyin”.
 
Nigar Məhərrəm 

OXŞAR XƏBƏRLƏR