\"Anasının başqa şəxslə yazışmalarını görmüşdü\"

\

Zabratda 16 yaşlı oğlanın anasını yatdığı yerdə başından güllələməsinin təfərrüatları məlum olub. 

Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Füzuli rayonundan məcburi köçkün olan Maarif Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanın başqa şəxslə internetdə yazışmasını görüb. Bu barədə gəlinin qayınatası bildirib. Onun sözlərinə görə, M. Əliyevin təhsil aldığı məktəbdəki yoldaşları da dəfələrlə anası haqqında xoşagəlməz sözlər işlədərək Maarifi məzəmmət ediblər.

Buna görə də 16 yaşlı oğlan evdə qohumlarına bu söhbətlərdən bezdiyini və anasını öldürəcəyini bildirib. Dünən isə Mədinə qayınatasına iynə vurandan sonra körpəsini əmizdirib divanda yuxuya gedib.

Anasının yatdığını görəm Maarif tüfəngi onun başına dirəyərək atəş açıb. 


OXŞAR XƏBƏRLƏR