Anasını öldürüb, meyitini yandıran oğuldan xəbər var - SƏBƏB AÇIQLANDI - VİDEO

Anasını öldürüb, meyitini yandıran oğuldan xəbər var - SƏBƏB AÇIQLANDI - VİDEO
Gecə Bakıda ağır cinayət olub. Kişi keçmiş həyat yoldaşının kirayədə qaldığı evə gələrək qızını, keçmiş həyat yoldaşını və daha iki nəfəri bıçaqlayıb. Hadisə zamanı evdə xəsarət alanlardan biri xəstəxanada ölüb. Cinayəti törədib qaçan şəxs isə polis tərəfindən saxlanılıb. Bakıda daha bir ağır cinayətdəisə oğul anasını öldürüb, izi itirmək məqsədi ilə meyti yandırıb.

Kişi keçmiş həyat yoldaşının kirayədə qaldığı evə gələrəkmənzildə olan hər kəsi bıçaqlayıb.

Ağır cinayət gecə paytaxtın Xəzər rayonu Binə qəsəbəsi südçülük savxozu kimi tanınan ərazidə baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə,saat 3 radələrində 45 yaşlı Maral Rzayevanın evinə gələn keçmiş əri, Astara rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Rzayev münaqişə zəminində ona, qızı 20 yaşlı Samirəyə, habelə onlarla birgə yaşayan evin sahibi Qəmər Nəbiyevaya və orada olan Zirə qəsəbə sakini Vasif Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerinidən qaçıb.

Yaralılar səsə gələn qonşular tərəfindən dərhal 3 saylı şəhər xəstəxanasına gətriliblər. Onlardan Vasif Əliyev həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb. Digər yaralıların vəziyyəti isə normaldır

Hadisə yerinə gələn Xəzər rayon polis və prokurorluq orqanlarının əməkdaşları araşdırmalara başlayıblar. Hadisəni törətməkdə şübhəli bilinən Zaur Rzayev tutulub. İlkin dindirmə zamanı o, hadisəni qısqanclıq zəmnində törətdiyini deyib.

Bakıda başqa bir ağır cinayət Sabunçu rayonu Nardaran qəsəbəsindəolub. Polisdən verilən məlumata görə, 50 yaşlı Nardaran sakini TahirBağırov 77 yaşlı anası Rübabə Bağırovanı yaşadıqları evdə boğaraq öldürüb, daha sonra meyti yandırıb. Qadının yox olmasından qonşular narahat olublar və bu barədə polisə məlumat veriblər. Hadisədən sonra Tahir Bağırov cinayət yerindən qaçıb, lakin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. İstintaq zamanı müəyyən olunub ki, ana və oğul arasında münaqişə olub.

Məlumata görə, oğul anasından yaşadıqları torpağın 4-5 sotunu satmaq üçün razılıq istəyib. Lakin Rübabə Bağırova razı olmayıb. Bundan qəzəblənən Tahir Bağırov anasını boğaraq öldürüb, sonra isə üstünə kerosin tökərək yandırıb.

Hər 2 faktla bağlı cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR

Ərdoğan: "Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib.   Sfera.az xəb...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə mətbuat konfransında ÇIXIŞ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə birgə mətbuat konfransında çıxış edib.   Sfera.az x...

Çin Rusiyaya maşın və avadanlıq ixracını azaldır – SƏBƏB

2024-cü ilin martında Çin Rusiyaya maşın, avadanlıq (o cümlədən elektrik avadanlığı), mexanizmlər, onların hissələri və aksesuarlarının birbaşa tədarükünü ...

Dövlət başçısı: "İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik"

İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla keçsin. Eyni zamanda, bu, bizim fikirlərimizi söyləmək üçün fürsət o...

İlham Əliyev: "Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var"

Biz Avrasiya İqtisadi Birliyin bəzi tədbirlərinə Prezident və Baş nazir səviyyəsində dəvət edilmişik.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbayca...

EBRD ilə COP29 üçün maliyyələşmə mexanizmlərinin tətbiqi MÜZAKİRƏ OLUNDU

Azərbaycan İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə COP29 üçün çağırışlar və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexa...