\"Anam gecə saat 12-dən sonra çölə çıxmağa qoymur”

\
 "Anam gecə saat 12-dən sonra çölə çıxmağa qoymur”
 
Eda Erolla nişanını qaytardıqdan sonra aktrisa Buse Varolla münasibətə başlayan müğənni Alişanın niyə onu seçməsi aydın olub. 

İfaçının Buseni gəlin namizədi kimi seçməsinin səbəbi verilişlərin birində açıqlanıb. 

Belə ki, B.Varol gecə saat 12-dən sonra çölə çıxmağa anasının icazə vermədiyini deyib. Alişan da məhz bu səbəbdən seçimini aktrisadan yana edib. 

Aktrisa "Alişan mənə qarışmır, istədiyim yerə gedə bilərəm. Mən də onun dostlarıyla görüşməsinə etiraz etmirəm. Ancaq anam gecə saat 12-dən sonra məni çölə çıxmağa qoymur" deyib.
 
///axşam.az

OXŞAR XƏBƏRLƏR