“Çanakkale Seramik Azərbaycan” koronavirusla mübarizəyə 15 min manat pul ayırdı
19:37 / 23.03.2020
3955
Azərbaycan seramik bazarında 26 ildir lider olan "Çanakkale Seramik Azərbaycan” Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım edib.
Məlumata görə, qurum "COVİD-19"la mübarizəyə dəstək məqsədilə fonda 15 000 manat məbləğində vəsait köçürüb.
Qeyd edək ki, "Çanakkale Seramik Azərbaycan” hər zaman yüksək keyfiyyət və bol çeşidli məhsullar ilə müştərilərinin xidmətindədir.