Kanadada işə düzəltmək adı ilə külli miqdarda pul mənimsədi - İDDİA

Kanadada işə düzəltmək adı ilə külli miqdarda pul mənimsədi - İDDİA
 
Redaksiyamıza xarici ölkədə işə düzəltmək adı ilə vətəndaşları aldadaraq mənimsəyən şəxs haqda məlumat daxil olub.  

Bakı sakinləri Aqşin Məmmədov və Xanrza Rzayev Qaynarinfo-ya müraciət edərək dələduzluğa məruz qaldıqlarını bildiriblər: 

"Mart ayında mən və dostum Xanrza Xətai rayonundakı "Azurpark"ın binasının 12-ci mərtbəsində 74-cü otaqda yerləşən "Study in Turkey" şirkətinə Kanadaya işçi vizası ilə bağlı yaxınlaşdıq. Bizi oranın əməkdaşı İmanov Zərbalı qəbul etdi. Bu adamla 1 həftəyə yaxın yazışdıq, görüşdük. Həmin ofis indi də fəaliyyət göstərir. İşçiləri də ora nə üçün gəldiyimizi gözəl bilirlər. Son nəticədə pulu həmin adama verdik və müqavilə bağladıq. Orda fors-major hallara qədər qeyd olunub. O adamın möhürü, qolu, kassa mədaxil orderi də var. Məbləğ də qeyd olunub. Məndən 6000, Xanrzadan 9700 manat alıb. Bununla bağlı Xətai rayon 27-ci polis bölməsinə, Xətai rayon polis idarəsinə, Bakı polis İdarəsinə, prokurorluğa məktub yazmışıq. Tək bircə cavab gəlib ki, bu mülki işdi, dələduzluq faktı deyil. Halbuki bu adam bir neçə nəfərə qarşı bunu edib. Bunu da vəkillərdən,  hüquqşünasılardan maraqlanmışam dələduzluq faktıdı".
 
(qaynarinfo)



OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...