Sağlıq

Ana südünün əhəmiyyəti – Bu xəstəliklərin dərmanıdır

Ana südünün əhəmiyyəti – Bu xəstəliklərin dərmanıdır
 

Ana südü ananı və uşağı xərçəngdən xilas edir.Bunu onkologiya üzrə uzman həkim Hakan Karagöl ana südünün faydalarından danışarkən qeyd edib.  

Sfera.az medicina.az-a istinadən bildirir ki, onun sözlərinə görə, ana südünün tərkibində dokozaheksanoy turşusu var. Bu səbəbdən də ana südü ilə qidalanan uşaqlarda ağıl, idrak, diqqət, yaddaş kimi funksiyaların daha yaxşı olduğu bildirilir.

Dr. Hakan Karagöl ana südünün uşaqlarda aşkarlanan bir çox xəstəliyə çarə olduğu da vurğulayıb. Onun elmi araşdırmaları körpələrin 6 ay və daha artıq müddətdə ana südü ilə qidalanmağının vacib olduğunu göstərib. Ana südü vaxtından tez doğulan körpələrdə infeksiya ilə əlaqəli olan ölüm riskini də azaldır.

Ən azı 3 ay ana südü ilə qidalanma körpələrin ishal, orta qulaq iltihabı, tənəffüs yollarına infeksiya yoluxması riskini azaldır. 4 ay ana südü ilə qidalanma isə astma və allergik dəri xəstəliyi kimi problemlərin qarşısını alır. Çünki ana südü xəstəliklərə qarşı stimullaşdırıcı və tənzimləyici funksiyaya malikdir.

Kifayət qədər ana südü ilə qidalanan uşaq və yeniyetmələrdə piylənməyə, yetkin yaşlılarda isə yüksək təzyiq və xolesterol kimi xəsəliklərə daha az rast gəlinir. Ana südü ilə qidalanmanın digər bir faydası da uşaqlarda xərçəng xəstəliyinə çox rast gəlinməməsidir.

 

Karagöl bildirib ki, əmizdirmə analarda xərçəngin qarşısını alır. Belə ki, övladlarını kifayət qədər və müəyyən müddətdə əmizdirən analarda döş və yumurtalıq xərçənginə tutulma hallarının azaldığı müşahidə olunub.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031