Ana ölüm ayağında olan oğlu üçün yığılan pulları qumarda uduzdu

Ana ölüm ayağında olan oğlu üçün yığılan pulları qumarda uduzdu

Ana ölüm ayağında olan oğlunun müalicəsi üçün yığılan pulları mərc saytlarında uduzub. Hadisə İngiltərənin Yorkşir qraflığında baş verib.

Bu barədə "The Mirror” xəbər yayıb.  

Məlumata görə, tibb bacısı işləyən Steysi Uorslinin altı yaşlı oğlu Tobi Nay neyroblastoma xəstəliyindən əziyyət çəkib. Onkoloji xəstəliklərin müalicəsi tibbi sığortaya daxil olmadığından ana sosial şəbəkə vasitəsilə sakinlərdən kömək istəyib.

 

O, üç ay ərzində 200 min funt (445680 AZN) toplaya bilib. Pul yığımında yerli "Lids Yunayted” futbol klubunun oyunçuları, komandanın azarkeşləri, Tobi ilə bir yerdə müalicə alan iki ölümcül xəstə qızın anaları, uşağın oxuduğu məktəb və ictimaiyyət nümayəndələri iştirak edib.

Ana isə mərc saytlarında 100 min funt sterlinqi (222840 AZN) uduzub. Bir müddət sonra uşaq ölüb.

Hadisə ilə əlaqədar olaraq Lids Kraliyyət Məhkəməsi Uorslini iki il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırıb. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...