Ana körpəsini hava limanında unutdu

Ana körpəsini hava limanında unutdu
Sərnişin körpsini unudub, təyyarəyə mindi

Səudiyyə Ərəbistanından havaya qalxan təyyarə sərnişinlərədn birinin unutqanlığı üzündən geri qayıtmalı olub. Hava gəmisi Ciddədən Malayziyanın paytaxtı Kuala Lumpura getmək üçün qalxıb. Lakin qadın sərnişinlərdən biri öz körpəsini hava limanında unutduğunu dedikdən sonra sərnişinlə dolu təyyarə geri qayıtmalı olub.

Məlumata görə, pilotlar dərhal hava limanı ilə əlaqə saxlayıblar. "Allah bizi qorusun. Geri qayıdaq, ya nə edək? Bir sərnişin uşağını gözləmə zalında unudub". Dispetçer məntəqəsindəkilər də qulaqlarına inanmayıblar. Onlar yenidən geri dönüş səbəblərini izah etməsini tələb ediblər. "Sərnişin terminalda uşağını unudub. Səyahətə davam etmək istəmir", deyə pilot qeyd edib.  

İcazədən sonra təyyarə hava limanına eniş edib. 

OXŞAR XƏBƏRLƏR