Amsterdamlı “oğlan”ın söyüş ortağı: yaxud, şzafrenik cütlük
15:20 / 04.03.2019
2961
Son dönəmlər bir qrup marginal dəstə var ki, sosial şəbəkələri söyüş, təhdid, təhqir vastəsinə çeviriblər və bundan siyasi mübarizədə "uğurlu” metod kimi istifadə etməyə cəhd göstərirlər. Bu adamların öz facebook hesablarında, eləcə də sponsor dəstəkli şəbəkələrdə etdikləri paylaşımlarından bir daha aydın olur ki, onlar tərbiyəsizliyin hüdudlarını çoxdan aşıblar. İctimai platformanı hüdudsuz tərbiyəsizlik məkanına çevirməklə "siyasi mövcudluqlarını”ni nümayiş etdirirlər.
Cinayətkar əməllər törədib ədalət mühakiməsindən qaçaraq Avropanın bir sıra şəhərlərinə səpələnmiş ağıldankəmlərdən ikisi son vaxtlar daha fəal görünür. Bunlar - Orduxan Teymurxan və Vidadi İskəndərlidir. Kimdir bu şəxslər? Onların adları Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Leksikonlarını küçə söyüşləri ilə zənginləşdirən və siyasətdən zərrə qədər anlayışı olmayan bu birdəfəlik siyasi alətlər son vaxtlar yenə də ağızlarını açıblar.
Zahiri görkəmi ilə daxili aləmi və hərəkətləri Neandertal düşüncə tərzindən uzağa getməyən Orduxan mağara təfəkkürü ilə öz özlüyündə Azərbaycanda gedən proseslərə münasibət sərgiləyir. Bu günlərdə verdiyi açıqlamalarla o həqiqətən ağıl sarıdan problem yaşadığını göstərib. Ermənilərin fars dilində olan bir internet resursundan sitat:
"Azərbaycanlı bloger Orduxan Teymurxan Avropada çıxışı zamanı qeyd etmişdir ki, Ermənistan azərbaycanlıların tarixi abidələrini məhv etmir, onu qoruyub saxlayırlar. Ermənilər azərbaycanlıların tarixi abidələrinə heç bir məhv etmə addımı atmamışlar".
Onun ermənilərə yarınan bu kimi açıqlamaları kifayət qədərdir. Sadəcə son sərsəmləmələrindən sadəcə bir fakta diqqət çəkdik.
Amsterdamlı "oğlan” bu günlərdə facebook səhifəsində küçə gəzintisini canlı paylaşaraq növbəti dəfə tərbiyəsinə yaraşan tərzdə küçə söyüşləri yağdırıb. Onun şəhər küçələrində qaça-qaça, sağa-sola boylana-boylana çəkiliş etməsi bu insanın, həm də qorxaqlığından xəbər verdi. Bu dəfə də insanları kütləvi itaətsizliyə çağırışlar edərək hakimiyyət əleyhinə, jurnalistlərin ünvanına, xüsusilə də Eynulla Fətullayevin əleyhinə özünə yaraşan tərzdə ifadələr işlədib. Ölkədə aparılan islahatlarla bağlı həmişə olduğu kimi bu dəfə də şizafrenik yanaşma nümayiş etdirərək bir qədər də emosianal "münasibət” bildirib. Bu adam bir daha Allah şəfasına ehtiyacı olduğunu göstərib.
Orduxan artıq ermənilərə işlədiyini, antimilli dairələrin sifarişçisi olduğunu, ölkəmizdəki "beşinci kolon” funksiyasini daşıyanların əlaqələndiricisi rolunda çıxış etdiyini tam sübuta yetirib. Bu şəxs danışdıqca simasızlaşır və ermənilərə işlədiyini göstərməklə şərəfsizliyini, qeyrətsizliyini bir daha sübuta yetirir. Avropanın göbəyində oturub insanları itaətsizliyə çağırışılar edən bu üzdəniraq hətta onunla eyni düşünməyənləri söyməkdən, təhqir etməkdən belə çəkinməyib. Azərbaycana gəlməyə cəsarəti çatmayan, uzaqdan idarə edilən bu dil pəhləvanı etdiyi hədyanlarla hər bir azərbaycanlının heysiyyatına toxunmaqla ermənilərdən də məkrli olduğunu sübuta yetirir.
Orduxanın yaxınları belə bu insanın xəstə təxəyyüldə olduqlarını zamanında dilə gətiriblər. Öz yaxınlarına belə faydası dəyməyən və Avropanın küçələrində dəli kimi hərəkətlər edən bu şəxs barədə qohumlarının münasibəti:
Bacısı oğlu Elnur Əliyev bildirib ki, Azərbaycanda yaşamayan dayısı ilə onları heç nə birləşdirmir: "Ona dayı demək istəmirəm, anamın bioloji qardaşıdır. Sadəcə, iş elə gətirib ki, anamla eyni valideynin övladı olub. Onun yazdıqlarından xəcalət çəkirik. Biz bu hakimiyyəti də, dövləti də sevirik, Prezidentin siyasətini dəstəkləyirik. İstəyirik hamı bilsin ki, bu adamın bizə heç bir aidiyyatı yoxdur. Onun kimi insanların yazdıqlarını lənətləyirik və belə qohumdan imtina edirik".
Orduxanın bacısı Zəhra Əliyeva isə bildirib ki, dəfələrlə digər bacı və qardaşları ilə birlikdə qardaşı ilə danışaraq ondan həqiqətə uyğun olmayan yazılarından əl çəkməsini istəyiblər:
"Ona yalvarmışıq ki, dövlətçilik əleyhinə bu cür yalan yazmasın. O isə deyir ki, yazacağam. Onun fikirləri ilə də heç vaxt razı olmamışam.Ondan imtina edirəm".
Z.Əliyevanın həyat yoldaşı Məhəbbət Əliyev isə qaynının bu əməllərinin ucbatından anasının infarkt keçirərək, dünyasının dəyişdiyini deyir:
"Mən oğlumun, həyat yoldaşımın dediklərilə razıyam. Onunla bizim heç bir əlaqəmiz yoxdur, mən heç telefon nömrəsini də bilmirəm”.
Xatırladım ki, Hollandiyada yaşayan Orduxan Teymurxan barədə cinayət işi qaldırılıb. O cinayət məcəlləsinin 214-2 (terrorizmə açıq çağırış), 220.2 (kütləvi iğtişaşlar təşkil edilməsi), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham olunur.
Vidadi İsgəndərli isə vaxtilə Azərbaycanın prokurorluq orqanlarında işləyib. Vəzifədən azad edildikdən sonra müxalifətə keçib. Bir neçə dəfə həbs edilib. Etdiyi hərəkətlərə bir neçə epizodla münasibət bildirərkən əsas diqqqət Fransada yaşayan və bütün fəaliyyətini yalan və böhtanlar üzərində quran Vidadi İskəndərlinin siması yada düşür. Mütəmadi olaraq, Azərbaycan əleyhinə çağırışlar edən, ölkəmiz haqqında xarici ölkələrdə qarayaxma kampaniyası aparan, sosial şəbəkələr vasitəsilə dövlətimizin imicinə zərbə vurmağa hesablanmış videolar yerləşdirən bu siyasi müqəvva yenə də öz ampulasındadır. Bu adam vaxtilə ona yaxşılıq etmiş bütün tanıdıqlarına xəyanət edib.
Vidadi İskəndərli ailəsinə maliyyə yardımı göstərən, qardaşı qızının təhsil haqqının ödəyən BAXCP sədi Qüdrət Həsənquliyevə qarşı da söyüş kampaniyası aparıb. Onun nankorlugu barədə mətbuatda kifayət qədər məlumat gedib. Həbsdə oldugu müddətdə BAXCP sədrinə məktubu da fakt kimi ortadadır. Milli Azadlıq Hərəkatının fəallarından olan Mehdi Mehdiyev, Fransada yaşayan Vidadi İsgəndərlinin təhqiramiz açıqlamaları ilə bağlı öz facebook hesabında belə bir status yazmışdı: "Vidadi, adam "işsiz" də, "xəstə" də, "məhbus" da, "mühacir" də ola bilər . Amma, bu dərəcədə şərəfsiz, ləyaqətsiz və ən başlıcası ALLAHSIZ olmaz! Gedib oturmusan orada. Başa düşdük... Günah mən və mənim kimilərindədir ki, axı sən zamanında əxlaqsızlıq və xuliqanlıq cinayət əməllərinə görə tutulanda 28-ci polis bölməsinin rəisi Böyükağa bəydən niyə şəxsən özüm və digər dostlar azad olunmağını xahiş etdilər”.
Ən dəhşətlisi də odur ki, bu "siyasi meyit” Göyçayda atasının qəbrinin təhqir edilməsi barədə məlumat yayaraq bundan iyrənc məqsədləri üçün istifadə etməyə çalışmışdı. Ancaq yalançılıqla, iskəndərliliyin müddəti çox çəkmədi. Onunqohumları yayılmış xəbərlərin yalan və təxribat olduğu barədə açıqlama yayandan sonra bu adam üçün müqəddəs heç nəyin olmadıgı bir daha bəlli oldu.
V. İskəndərli də O. Teymurxan kimi öz fecbook hesabından ən müxtəlif insanlara qarşı söyüş kampaniyası aparmaqdadır. Bu sinxronlaşma adıçəkilən siyasi alətlərin eyni əldən idarə olundugunu sübuta yetirir. İskəndərlinin Teymurxanla eyni vaxtda söyüş səhnəsini bölüşmələri bu insanların bütün zəif yerlərini çılpaqlıqla ortaya qoyur. Mahiyyətləri ortada olan bu insanlara axı, siz kimsiz sualını vermək lazım gəlmir. Çünki, sizi aləm tanıyır....