Cəmİyyət

“Amrahbank”ın gəlirləri artıb

“Amrahbank”ın gəlirləri artıb
2019-cu ilin II rübünün sonuna "Amrahbank”-ın gəlirləri artıb.

Sfera.az xəbər verir ki, 2018-ci ilin I yarım ili ilə müqayisədə, bankın faiz gəlirləri 2 mln. 108 min AZN artıb.

Kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 mln. 240 min AZN artaraq, 119 mln. 326 min AZN təşkil edib. Bu rəqəm 2018-ci ilin 30 iyun tarixində 10 mln. 905 min AZN təşkil edib.

Bankın depozit portfelində də atrım var. Belə ki, 30 iyun 2018-ci il tarixinə depozit portfeli 148 mln. 429 min AZN, o cümlədən əhalinin əmanətləri 123 mln. 542 min AZN təşkil edirdi. Cari ilin birinci yarımiliyinin sonuna depozit portfeli 17 mln. 839 min artaraq, 166 mln. 268 min AZN təşkil edib. Əhalinin əmanətləridə 23 mln. 178 min AZN artaraq 146 mln. 720 min AZN təşkil edib.

Bankın aktivləridə 2018-ci ilin II rübü ilə müqayisədə 5 mln. AZN artıb.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031