Amerikanın məşhur eksperti:“Moskva Ermənistanı satacaq” – Müsahibə

Amerikanın məşhur eksperti:“Moskva  Ermənistanı satacaq” – Müsahibə
ABŞ Dövlət Departamentinin keçmiş özəl müşaviri, SSRİ xalqları üzrə ekspert, Vaşinqton Ümumdünya Siyasəti İnstitutunun professoru Pol Qoblun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi haqda Ermənistan nəşrinə müsahibəsini  oxuculara təqdim edirik.

–Cənab Qobl, sizin rəyinizə görə, keçən il Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində məhz nə dəyişilib? 2018-in başlağıcında hardaydıq və indi hara çatmışıq?

-Təməl  problemlər əsasən dəyişilməz qalıb: Rusiya münaqişənin tam həllini istəmir, çünki bu halda həm İrəvana, həm də Bakıya təsir rıçaqlarını itirər. ABŞ istəyir ki, problem çözülsün, amma bu münaqişənin tənzimlənmsinin irəlilədilməsi üçün bölgədə yetərincə resursu yoxdur. Ermənistan və Azərbaycanda isə hakimiyyətdə elə hökumətlər var ki, bu məsələdə kəskin dəyişikliklərə qəti qarşı olan  cəmiyyətin radikal mövqeyini ifadə edirlər.

Eyni zamanda durumu dəyişə biləsi iki təməl dəyişiklik baş verib. Ermənistanda müstəqillik əldə ediləndən bəri istənilən hökumətdən daha çox Moskvadan daha az asılı olan yeni hökumət formalaşıb. Azərbaycan isə Moskva ilə münasibətləri daha çox dərinləşdirir. Ehtimal ki, Dağlıq Qarabağ məsələsində müstəqil hərəkət etməkdən yana Paşinyanın hələlik yetərincə gücü yoxdur: diqqətini, hər şeydən qabaq, daxili problemlərə cəmləyib. Və ehtimal ki, nüfuzlu Qarabağ lobbisinə qarşı addımlar atmaq istəmir. Ola bilsin, durum bir-iki ildən sonra dəyişilər. Halbuki Bakıda Əliyev Moskva ilə mötədil yaxınlaşmaya can atır. Moskva İrəvanı mövqeyindən çəkilməyə, Dağlıq Qarabağ məsələsində güzəştlərə getməyə məcbur etsə, Azərbaycanda nüfuzunu əsaslı genişləndirə bilər. Mən həmişə buna əmin olmuşam ki, Moskva əvəzində Azərbaycanı əldə edəcəyinə əmin olarsa, Ermənistanı satacaq. Amma burada böyük bir "əmma” var – Əliyev hər şeyi Moskvaya verməyə hazırdırmı – hətta bu, Dağlıq Qarabağın qaytarılmasına yol açarsa da?

Hesab edirəm ki, 2019-da da tənzimlənmə prosesində ciddi tərpəniş olmayacaq, amma Moskva orada nə baş verəcəyini ondan başqa kiminsə qət edə bilməyəcəyini hər iki tərəfə xatırlatmaq üçün yeni toqquşmalar da törədir.

–Aprel-mayda Ermənistanda baş vermiş məlum dəyişikliklərdən sonra Ermənistan və Azərbaycanı yetərincəmüxtəlif rejimlər yönəldir. Ermənistan indi demokratikləşməyə doğru qətiyyətlə addımlayır, Azərbaycanda isə köhnə rejim saxlanılır. Bu durum münaqişənin tənzimlənməsi prosesinə əsaslı təsir edə bilərmi?

-Paşinyan ölkə daxilində öz hakimiyyətini bərkitməyə vadardır, Dağlıq Qarabağ məsələsində addım atmaq isə daxili planda onu işini çətinləşdirər. Əliyev də kəskin hərəkətlə qayığı yırğalamaq istəmir, uyğun olaraq, Moskva ilə mötədil yaxınlaşma tərəfdarı olacaq ki, Türkiyə və Qərbi özündən çəkindirməsin.

Keçən il boyunca həm tənzimləmə prosesində, həm də ümumən bölgədə bir sıra maraqlı gəlişmələr baş verib. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaza səfər edib, parlament seçkilərindən sonra Paşinyanın "güclü mandat” əldə edəcəyi və Qarabağ probleminin tənzimlənməsi yönündə "qəti addımlar ata biləcəyi” haqda Ermənistanda məşhur bəyanatını verib. Nikol Paşinyan və İlham Əliyev iki qeyri-rəsmi görüş keçiriblər. Sonra Azərbaycan rəhbərliyi Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üçün "əlverişli durumun yarandığı”, Azərbaycan XİN başçısının erməni həmkarıyla "qarşılıqlı anlaşma” əldə etdiyi və s. haqda qəribə şəkildə yetərincə nikbin bəyanatlar verib. Belə bəyanatlar müəyyən şübhələr doğurub ki, diplomatik danışıqlar çərçivəsində iki dövlətin başçılarının gizli saxladığı nəsə baş verir. Necə hesab edirsiniz, bu məsələdə Amerika və Rusiya siyasətində ciddi dəyişikliklər baş verə bilər?

–Paşinyanın mandatı var, amma Dağlıq Qarabağ məsələsinin həllinə mandatı yoxdur. O, Qarabağ məsələsində öz sələfinin kursunu sürdürür. Qərbin Qafqazda fəal təmsilçiliyi olsaydı, durum dəyişilə bilərdi, amma bu, az ağlabatandır – Tramp administrasiyasının diplomatik cəlblikdən geri çəkilməsi və bölgəyə qoşun yeritməyəcəyinə əminlik gözə alınmaqla. Rusiyanın isə daha önəmli məsələləri var və indiki anda Ermənistan Moskva üçün ikinci dərəcəli vəzifədir. Kreml Paşinyanı sevmir, elə etmək istəmir ki, onu Qərbin qucağına yönəltsin. Nəticədə, bütün ehtimala görə, diplomatik proses yenidən dalana girəcək.

Ekspertlər hesab edirlər ki, Tramp administrasiyası Qarabağ münaqişəsinin tənzimlənməsinə İranı təcrid etməyin dərinləşməsi yolu kimi baxır. Rusiya isə, həmişəki kimi, bu məsələdə fəaldır. Üstəlik, Belarus prezidenti Lukaşenko Rusiya jurnalistlərilə görüşdə tənzimləmənin Rusiya planının bəzi maraqlı ayrıntılarını açıqlayıb – Artsaxın (Dağlıq Qarabağ-red.) beş rayonunun Azərbaycana qaytarılması (Ermənistan tərəfi bunun yerinə nə əldə edəcəyi aydın deyil) və KTMT qoşunlarının münaqişə zonasında yerləşdirilməsi təklif olunur. Biz bundan sonra vasitəçilər tərəfindən yeni diplomatik səylər gözləməliyik?

–Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunsa, bu, ABŞ-a İranı təcrid etməkdə daha çox imkan verəcək, çünki Qarabağ münaqişəsinin həlli bildirir ki, Tehran Qafqazda siyasi məsələlərə təsir etmək imkanını itirir. Amma Moskva bunu başa düşür və elə edir ki, buna yol verməsin.Tərcümə Strateq.az-ındır.

OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...