Dünya

Amerikalı senator Səudiyyə Ərəbistanını sanksiya ilə hədələdi

Amerikalı senator Səudiyyə Ərəbistanını sanksiya ilə hədələdi
Amerikalı senator Rend Pol ABŞ-ın Səudiyyə Ərəbistanına verdiyi silahı kəsməyə nail olacağını bildirib.

Sfera.az xəbər verir ki, bu barədə "The Hill” qəzeti yazıb. Senatorun sözlərinə görə, Ər-Riyadın səudiyyəli müxalif jurnalist Camal Kaşıkçının yoxa çıxmasında əli olduğu üzə çıxarsa, o, daha da irəli getməyə hazır olacaq. O, prezident Donald Trampın Səudiyyə Ərəbistanı silahla təmin etməsinə qarşı çıxdığını əlavə edib.

Pol jurnalistlə bağlı vəziyyətin Donald Trampın Səudiyyə Ərəbistanı ilə bağlı fikrini dəyişdirə biləcəyini deyib.
 
Rəsul
Sfera.az

 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31