Amerikalı cütlük süni mayalanma etdi, asiyalı uşaq doğuldu
10:26 / 13.09.2019
1535
Nyu-Cersi ştatından olan keçmiş ər-arvad reproduktiv klinikanı məhkəməyə veriblər.
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, qadına səhvən başqa kişinin sperma hüceyrələri yeridilib.
Kristina Kedriç və Dryu Vasilevski səhvi sonradan görüblər: böyütdükləri qızda asiyalılara məxsus əlamətlər aşkarlanıb.
DNT analizi şübhələri təsdiqləyib - Vasilevski uşaqın bioloji atası deyilmiş. Həkim səhvi ailədə münaqişəyə səbəb olub və sonda cütlük ayrılıb.
Keçmiş ər-arvadın bildirdiyinə görə, uşaq dünyaya gətirmək üçün onlar həkimlərə 500 min dollar (850 min manat) xərcləyiblər.