AMEA institutlarına yeni direktor müavinləri təyin edilib

AMEA institutlarına yeni direktor müavinləri təyin edilib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni kadr təyinatları olub.

Sfera.az APA-ya istinadən xəbər verir ki, Rəyasət Heyətinin qərarları ilə İqbal Qəhrəmanov Rəyasət Heyəti aparatının Birinci xüsusi şöbəsinin rəisi, Fikrət Feyziyev Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Elmi-analitik şöbəsinin rəis müavini təyin edilib.

Bundan əlavə, Tarix İnstitutunun yeni direktor müavinləri məlum olub. Belə ki, tarix üzrə fəlsəfə doktorları Cəbi Bəhramov və Tofiq Nəcəfli Tarix İnstitutunun elmi işlər üzrə direktor müavinləri, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini təyin olunub.
 
Yeni təyinata əsasən, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova Genetik Ehtiyatlar İnstitutunun elmi katibi, vəzifələrini icra edəcəklər. Biologiya üzrə elmlər doktoru Naib Əminovun isə Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini səlahiyyətləri uzadılıb.


OXŞAR XƏBƏRLƏR

"Mən itirdikcə qazandım" - Oksana

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ü...

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...