“Amay Abdulla” ilə Binəqədi sakinləri arasında gərginlik

“Amay Abdulla” ilə Binəqədi sakinləri arasında gərginlik
 

Binəqədi rayon Atatürk prospekti ünvanında yerləşən binanın sakinləri ilə "Amay Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayev arasında gərginlik yaşanır.

Bu barədə Yenisabah.az-a binanın sakinləri məlumat verib.

Onların sözlərinə görə, yaşadıqları 283 mənzilli bina 2002-ci ildə Abdulla Abdullayev tərəfindən tikilib. Lakin bina tam olaraq təhvil verilməyib. 2015-ci ildə sakinlər toplaşaraq məsələni müzakirə ediblər və nəticədə bu qərara gəliblər ki, öz vəsaitləri hesabına tamamlanmamış işləri bitirsinlər.

"Öz vəsaitimiz hesabına qaz, su, işıq çəkdirdik. Bloklara lift qoydurduq, zibilləri daşıtdırdıq, binanın həyətini abadlaşdırdıq, damını təmir elətdirdik və s.”,- deyə sakinlər bildirib.

Şikayətçilərin sözlərinə görə, abadlıq-təmir işləri bitəndən sonra Abdulla Abdullayev yenidən binaya sahib çıxmaq istəyir. Hətta iş adamı sakinləri məhkəməyə də verib.

Sakinlər məsələ ilə bağlı Prezident İlham Əliyevə də müraciət ediblər. 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...