Altı minlik pencəklə gündəmə gələn Anar Ağakişiyev: Müştərilərə yüksək səviyyədə “servis” göstərirəm

Altı minlik pencəklə gündəmə gələn Anar Ağakişiyev: Müştərilərə yüksək səviyyədə “servis” göstərirəm

İnstanbulda təzə evimə köçəndə sizi qonaq çağıracağam. Gəlib qarderobumda olan geyimlərimi görərsiniz. Bahalı əşyalarımın içində pencək də var, ayaqqabı da.

Sfera.az xəbər verir ki, bu sözləri dünya şöhrətli makiyaj ustası və stilist Anar Ağakişiyev Oxu.Az-a müsahibəsində dilə gətirib.

Anar əyninə geyindiyi altı min manatlıq pencəyə görə sosial mediada başının ağrıdığını bildirib:

 

"Sosial şəbəkələrdə əynimə geyindiyim "Gucci” brendinə məxsus bahalı penceklə şərh atəşinə tutulmuşam. Siz də mənim kimi, bahalı, zövqlü geyinmək istəyirsinizsə, işləyin. Mən hər gün səhər saat 7-də oyanıram. Bu pencəyi geyinmək üçün yüksək pilləyə gəlib çatmışam.

Müştərilərimin bütün kaprizlərinə dözürəm. Bu üzümə tüpürürlər, silirəm, o biri üzümü qoyuram. Müştərilərə yüksək səviyyədə "servis” göstərirəm. Uzanıb tavana tüpürürsünüz, heç bir şey etmirsiniz (şərhləri yazan red.), elə ona görə də mənim geyindiyim pencəkləri geyinə bilməzsiniz.

Əgər mən bu pencəyi geyinmək istəyirəmsə, işləyirəm və istəyimə nail oluram. Sizin də işləməyə həvəsiniz olsun. Boş-bekar gəzməklə, ondan-bundan narazılıqlar etməklə heç nə əldə edə bilməyəcəksiniz”.

Ağakişiyev redaksiyamızın əməkdaşı ilə söhbətində İstanbulda gözəllik salonu açmaq planlarından da bəhs edib:

"İstanbulda gözəllik salonu açmaq niyyətindəyəm. Amma bu haqda hələ dəqiq məlumat verə bilmərəm. Salon açmaq və salona nəzarət etmək çətindir. Hər şeyə olduqca diqqətlə yanaşıram. Bu mənim xasiyyətimdən irəli gəlir. Hər bir şeyi bir-bir yoxlayıram”.

"Bu qədər enerjini haradan alırsınız? Sevgi, eşq yaşayırsınız?” ,  suallarına Anar Ağakişiyev bu cür reaksiya verib:  

"Deyim ki sevgilim var, yox... Elə şeylərə inanmıram. Həqiqətən də, özümə məəttəl qalmışam ki, bu qədər enerjini haradan götürürəm. Bəzən elə olur ki, bir həftədə yeddi ölkəyə səfər edirəm. Üç saat orada, bir saat burada. Sonra gəlib yenə də işləyirəm. Adətən, insanlar gücü sevgidən, eşqdən alırlar, amma mənim sevgilim yoxdur.

Sevgi mövzusunda qəddarlaşmışam. Açıq etiraf edim ki, karyerist olmuşam. Əvvələr elə deyildim. Çalışırdım ki, hər şey gözəl, romantik olsun. Dünya qapıları artıq üç ildir ki, üzümə açılıb.

Nə qədər ki o qapılar açıqdır, istəyirəm bütün dünya məni tanısın və deyim ki, Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Xaricdəkilərə  həqiqətləri yedizdirim. Bunları etməyimə az qalıb, uzağı bir il. Xaricə köçüb orada yaşayanda istəklərimə daha tez nail olacağam”.


OXŞAR XƏBƏRLƏR

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...

Milli Məclisin iclası BAŞLADI - 14 məsələ MÜZAKİRƏ EDİLİR 

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələ daxil edilib. ...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...