Alp dağlarında üç nəfər qar uçqununun qurbanı oldu

Alp dağlarında üç nəfər qar uçqununun qurbanı oldu

İtaliyanın Alp dağlarında qar uçqunu nəticəsində üç nəfər həlak olub.

DW agentliyi məlumat verir ki, Avstriya ilə sərhəddə yerləşən Bolzano muxtar vilayətində baş verən qar uçqunu nəticəsində 25 yaşlı qadın, onun yeddi yaşlı qızı və daha bir uşaq təbii fəlakətin qurbanı olub.

 

Vəfat edən hər üç şəxs Almaniya vətəndaşlarıdır.

Ötən gün 2400 metr yüksəklikdə baş verən hadisənin qurbanlarının tapılmasına 70 xilasedici və üç helikopter cəlb olunub. (oxu.az)


OXŞAR XƏBƏRLƏR