Almanlar 18 yaşlı vunderkind üçün 25 milyon avro verir

Almanlar 18 yaşlı vunderkind üçün  25 milyon avro verir
"Bavariya" "Çelsi"nin gənc futbolçusu Kallum Hadson Odoiyə elçi düşüb. Bu barədə "Sky Sports" məlumat yayıb.

Bildirilir ki, Münhen klubu 18 yaşlı oyunçu üçün 25 milyon avro ödəməyə hazırdı. Almaniya təmsilçisi artıq qarşı tərəfə rəsmi müraciət edib.

"Çelsi"nin yetirməsi olan Odoi ötən il əsas komandada debüt edib.

OXŞAR XƏBƏRLƏR