Almaniyada Türkiyə səfirliyinin maşınına od vuruldu - FOTO
17:40 / 11.10.2019
1665
Almaniyanın paytaxtı Berlində Türkiyə səfirliyinə məxsus avtomobil yandırılıb.
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Naməlum şəxslər park edilmiş avtomobilə od vurublar.
Hadisədən sonra Türkiyə səfirliyi Almaniyanın səlahiyyətli şəxslərinə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və cinayətkarların tutulması ilə bağlı müraciət edib.