Almaniyada Türk Ana və Oğlu Alman Qonşularının Evində Öldürülmüş Halda Tapılıb
14:38 / 14.09.2017
876
Almaniyada 24 yaşlı Xədicə Bayram və 6 yaşlı oğlu Əhməd, Alman qonşusunun evində bıçaqlanaraq öldürülmüş halda tapılıb.
Almaniyanın Şimal-Vestfal əyalətinin Detmold şəhərində yaşayan 24 yaşlı Xədicə Bayram və 6 yaşlı oğlu Əhməd Bayram 54 yaşlı qonşularının evində bıçaqlanaraq öldürülüb.
Həftə sonu baş verdiyi ehtimal olunan cinayət bir ildir Almaniyada yaşayan Bulqar Nəğmə Xədicə Bayramın işə gəlməməsi ilə 6 aydır çalışdığı mebel mağazasının sahibləri tərəfindən axtarılması nəticəsində məlum olub.
CƏSƏDLƏR ALMAN QONŞUNUN EVİNDƏ OLUB
Mağaza sahibləri vəziyyəti polisə xəbər verib. Polisin apardığı axtarış Əhməd və anasının cəsədlərinin 54 yaşlı alman qonşuları T.T.nin evindən tapılması ilə nəticələnib. T.T.nin hadisədən sonra qaçdığı məlum olub. Cinayətdə şübhəli bilinən 54 yaşlı alman T.T barəsində axtarış elan edilib, istintaq aparılır.