Almaniyada təqribən 700 nəfər qaçqın düşərgəsindən qaçıb
02:55 / 24.10.2015
1222
Son bir neçə gün ərzində təqribən 700 qaçqın Almaniyanın Aşağı Saksoniya federal torpaqlarında yerləşən ilkin paylaşdırma mərkəzlərini özbaşına tərk ediblər.
Sfera.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Neue Osnabrücker Zeitung” qəzeti məlumat yayıb.Nəşrin məlumatına görə, əcnəbilər artıq Almaniyada və ya digər Avropa İttifaqı ölkələrində yaşayan qohumları və tanışlarıgilə gediblər. Bununla belə düşərgələrdən qaçanların dəqiq sayını və adlarını açıqlamaq mümkün deyil. Çünki onlar qaçqın kimi qeydiyyatdan keçməyiblər.