Almaniyada Azərbaycan futbol klubu fəaliyyətə başladı - FOTO

Almaniyada Azərbaycan futbol klubu fəaliyyətə başladı - FOTO
 

Almaniyanın Köln şəhərində fəaliyyət göstərən "AZE Nakhcivan-Köln SK" futbol klubunun təqdimat mərasimi keçirilib.

Sfera.az xəbər verir ki, klubun bazasında baş tutan açılış mərasimində Türkiyə və Azərbaycanın idman sahəsində işbirliyinin önəmi vurğulanıb.

Klubun prezidenti Aydın Karaca Almaniyada yeganə Azərbaycan klubunun açılışını həyata keçirməkdən məmnunluğunu ifadə edib: "Biz Türkiyə türkləri azərbaycanlılarla qardaş olduğumuz üçün idman sahəsindəki bilik və təcrübəmizi onlarla paylaşmaq istəyirik. Hədəfimiz uşaq futboluna diqqət ayırmaq, peşəkar və səviyyəli gənc futbolçular yetişdirməkdir. Azərbaycanlı övladlarımızın yüksək səviyyəli futbolçu olaraq yetişməsi bizim üçün vacib məsələdir. Çalışırıq ki, azərbaycanlı istedadlar daha yüksək səviyyəli məşq prosesindən keçsin. Uşaqlarımızın inkişaf etməsi və onların səslərinin Avropanın adlı-sanlı klublarından gəlməsi bizim üçün qürurdur”.

 

Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri və "AZE Nakhcivan-Köln SK" futbol klubunun vitse-prezidenti Rəşad Quliyev Avropadakı Azərbaycan türklərinin bir futbol klubu olmadığı üçün bu qərarı verdiklərini bildirib. Rəşad Quliyev klubun adının Naxçıvan olmasını xüsusi olaraq istədiklərini ifadə edib: "Bilirsiniz ki, Naxçıvan Türkiyə ilə sərhəddə muxtar respublikadır. Naxçıvanı və Naxçıvanın timsalında Azərbaycanı Avropada tanıtmaq, eyni zamanda Azərbaycan futboluna dəstək vermək üçün bu klubun açılmasına qərar verdik. Bilirsiniz ki, Almaniya futbolu reytinqinə görə dünyada 3-cü yerdədir. Burada uşaq futboluna fərqli yanaşma var. Hesab edirəm ki, Almaniya məktəbinin xüsusiyyətlərini mənimsəmək Azərbaycan futbolunun inkişafına müsbət təsir edəcək. Çox ciddi planlarımız var. Bu planların həyata keçirilməsi üçün var gücümüzlə çalışacağıq. Bu, həm də bir milli məsələdir”.

Qeyd edək ki, iki illik fəaliyyətdən sonra açılışı həyata keçirilən "AZE Nakhcivan-Köln SK" Futbol Klubu rəsmən fəaliyyətə başlayıb.


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...