Almaniya Türkiyəyə səfər edən vətəndaşlarına xəbərdarlıq edib:“Bu fikirlərə görə həbs edilə bilərsiniz”

Almaniya Türkiyəyə səfər edən vətəndaşlarına xəbərdarlıq edib:“Bu fikirlərə görə həbs edilə bilərsiniz”
Almaniya şənbə günü Türkiyəyə səfər edən vətəndaşları üçün səyahət tövsiyələrini yeniləyib.

Sfera.az "Amerikanın Səsi”nə istinadən bildirir ki, tövsiyyədə qeyd olunur ki, Almaniya vətəndaşlarının ölkələrində qorxusuz ifadə etdikləri fikirlər Türkiyə rəsmiləri tərəfindən eyni cür dözümlə qarşılanmaya bilər və nəticədə onlar bu fikirləri ifadə etdiklərinə görə həbs edilə bilərlər.

"Almaniyada hüquq anlayışı və ifadə azadlığı tərəfindən qorunun bəyanatlar Türkiyədə peşə fəaliyyəti məhdudiyyətinə və cinayət işinin açılmasına səbəb ola bilər.” – Almaniyanın Xarici İşlər Nazirliyinin səyahət  tövsiyəsində deyilir. Nazirlik sözçüsü bildirib ki, səyahət tövsiyəsi bir neçə avropalı jurnalistin Türkiyədə izahat verilmədən akkreditasiya edilməməsindən sonra yenilənib. Bununla bərabər, son 2 il ərzində Türkiyədə əsassız şəkildə saxlanılan Almaniya vətəndaşlarının sayı artmaqdadır. Məlumatda əlavə edilir ki, Türkiyə rəsmiləri insanların ABŞ-da yaşayan dini xadim Fətullah Gülənin şəbəkəsi ilə əlaqələri olduğu şübhəsi ilə yanaşır. Nazirlik rəsmi Ankaranın bu şəbəkəni 2016-cı ildə hərbi çevrilişə cəhdin arxasında durduğuna inandığını bildirir. Nazirliyin tövsiyəsində əlavə edilir ki, Türkiyədə qadağan edilmiş təşkilatların hər hansı görüşündə iştirak etmiş və ya sosial media vasitəsilə Türkiyə hökuməti ilə bağlı tənqidi fikirlər ifadə etmiş almaniya turistlərin Türkiyədə saxlanılma riski mövcuddur.

OXŞAR XƏBƏRLƏR

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% AZALIB

2024-cü ilin 1-ci rübündə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 25,5% azalaraq 134,5 milyon ABŞ dolları təşkil edib.   Sfera.az APA-ya isti...

"Atletik"in oyunçusu klubu TƏRK EDİR - 15 ildən sonra...

"Atletik"in yarımmüdafiəçisi İker Munyain cari mövsümün sonunda İspaniya klubunu tərk edəcək.   Sfera.az bildirir ki, 31 yaşlı futbolçu bu...

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Ə...

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...