Almaniya Qarabağ üzrə danışıqların fəallaşdırılmasına çağırdı

Almaniya Qarabağ üzrə danışıqların fəallaşdırılmasına çağırdı
Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların intensivləşdirilməsinə tərəfdir.
Oxu.Az xəbər verir ki, bu barədə İnterfaks-a Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer ölkəsinin ATƏT-də başlanmış sədirliyi ilə əlaqədar bildirib.
"Düzünü desək, bu münaqişələrin dondurulmuş adlandırılması ilə barışmaq istəməzdim: bu münaqişələrdən illərlə insanlar əziyyət çəkir, müvafiq regionlarda inkişaf əngəllənir.
Biz kiçik, amma konkret addımlarla atəşkəs rejimlərinin sabitləşməsini, yerlərdə insanların etibarını möhkəmləndirmək və məsələn, iqtisadi mübadilənin yardımı ilə insanların gündəlik həyatını asanlaşdırmaq istəyirik”, - o deyib.
Ştaynmayerin sözlərinə görə, Dağlıq Qarabağ ətrafında münaqişənin təmas xəttində və Ermənistan ilə Azərbaycan sərhədində silahlı qarşıdurmalar narahatçılıq yaradır. Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların intensivləşdirilməsinə tərəfdir.
Burada mühüm addım atəşkəs rejiminin pozulmasının aydınlaşdırılması üçün mexanizmin yaradılması ola bilər, Almaniyanın xarici işlər naziri qeyd edib.

OXŞAR XƏBƏRLƏR