\"Allah bilir, mən hansı hisslər keçirirəm\" - xanəndə Aygün Bayramova

\
 Ağdamın işğal altında olmayan ərazilərində keçirilən tədbirlərdən qayıdıb Bakıya gələndə neçə gün özümdə olmuram, ürəyim az qala partlaya.

Sfera.az oxu.az-a istinadən bildirir ki, bunu əslən qarabağlı olan tanınmış xanəndə, Xalq artisti Aygün Bayramova dilə gətirib.

"Bildiyiniz kimi, mən dünyaya Qarabağımızın dilbər guşələrindən olan Ağdamda göz açmışam, eyni zamanda, məhz Ağdamda doqquz yaşından bu sənətə gəlmişəm. O günlərimi xatırlayanda gözlərim dolur, göz yaşlarıma hakim ola bilmirəm. Çünki ifam orada başlayıb. Oradan başlamışam oxumağa", - deyən A. Bayramovanın sözlərinə görə, indi Ağdam, Qarabağ haqqında keçmiş zamanda danışmaq, ağdamsızlıq, qarabağsızlıq ona çox ağır gəlir:

"O torpaqda böyümüşəm, o torpaqda dünyaya göz açmışam, oranın suyunu içmişəm, havasını udmuşam, çörəyini yemişəm. İndi bu haqda danışmaq mənim üçün çox çətindir. Ağdamda tədbirlər olan vaxt, inanın ki, bir Allah bilir, mən hansı hisslər keçirirəm. Oradan qayıdıb gələndə günlərlə özümdə olmuram. Həm də orada olarkən yalnız bir hiss beynimdən keçir, yəni, bu saat avtomatı əlimə alıb, erməniləri öldürəcəyəm. Bu hissdən başqa, məndə ayrı hiss olmur".

A. Bayramova inanır ki, çox yaxın zamanlarda yenə o torpaqlara qayıdacağıq, torpaqlarımız murdar erməni işğalından azad olunacaq.

"Özü də ermənilər çox qorxaq və həyasız millətdirlər. Onlar hələ də yalanlarla məşğuldurlar. Ancaq Qarabağ heç zaman onların olmayıb və olmayacaq da. Ağdamın, Qarabağın işğaldan azad edildiyini də eşitmək bir ağdamlı, bir qarabağlı kimi mənim üçün çox böyük bayram olar. Torpaqlarımız işğaldan azad olunsun, o cümlədən, mənim doğulduğum Ağdam torpağı, vallah, qarış-qarış gəzərəm oranı, ayaqyalın gedərəm oralara. "Qarabağ şikəstəsi" ilə bu sənətə gəlmişəm, elə oradaca ilk olaraq "Qarabağ şikəstəsi"ni oxuyaram. Dizlərimi yerə qoyardım, torpağımı öpərdim...", -deyə Xalq artisti bildirib.

OXŞAR XƏBƏRLƏR

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...