Allah belə insanların ömrünü 30 İL UZADIR - MARAQLI

Allah belə insanların ömrünü 30 İL UZADIR - MARAQLI
 Peyğəmbərimiz (s) bir sıra hədislərində Allah-təalanın müəyyən əməllərinə görə bəzi insanların ömürlərini uzadacağını bildirir. Belə əməllərdən biri də sileyi-rəhm, yəni bu dünyadakı həyatda bütün çətinliklərə rəğmən qohumluq əlaqələrini saxlamaqdır.

Bizə keçmiş sovet ideologiyası kimi, hazırkı "demokratik”, "sivil”, "mədəni” adlanan Qərb düçüncəsi  də təlqin edir ki, qohumbazlıq yanlış bir şeydir. Əlbəttə, əgər söhbət günah əməllərdə, rüşvətdə, korrupsiyada birləşməkdən gedirsə, əlbəttə, bu, bəyənilən birlik deyil. Təəssüf ki, buna indiki dövrümüzdə Azərbaycanımızda da çox rast gəlirik. Ancaq bu heç də qohumluq əlaqələrini kəsməyə və ya yalnız varlı, vəzifəli qohumlarını itirib-axtarmağa əsas vermir...  

Bu gün müxtəlif vasitələrlə(müharibələr, terror, qaçqınlıq, kütləvi miqrasiya, hədsiz texnoloji inkişaf, maddi qazanc dalınca qaçış və s.) insanlar arasındakı qohumluq tellərinin qırılmasına xidmət edən Qərb siviizasiyasının başında duran güclər, tayfalar özləri qohumluq əlaqələrinə çox həssasdırlar. Məsələn  Baruxlar, Rotşildlər, Rokfellerlər, Morqanlar və s. kimi super oliqarx nəsilərinin neçə əsr boyu  yaşayaıb dünyada, ən azı, maliyyə hökmranlığı etməsinə səbəb onların qız alıb-vermədə, nəhəng şirkətlərin idarəçiliyində qohumluq əlaqələrinə həssas yanaşmasıdır... Yəni super güclər özləri qohumluq əlaqələrini qoruyub saxlayır, amma aşağı təbəqələrin bu əlaqələri qırmasına şərait yaradırlar... Burada isə məqsəd  bütün xalqları əridib  bəşəriyyəti amorf, asanlıqla idarə olunan bir kütləyə çevirməkdir. Çünki xalqları, millətləri öz daxillərində birləşdirən, bütövləşdirən amillərdən biri və başlıcası məhz ailə, qohumluq telləridir... 

Görünür,Yaradan həm də bu səbəblərdən Qurani-Kərimdə insanların qohumluq tellərini qoruyub saxlamasına böyük önəm verir. Qurani-Kərimin "Rəd” surəsi, 21-ci ayəsində Allah-Təala buyurur:
"O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar”
Digər bir neçə ayədə isə Rəbbimiz qohumluq tellərini qıran bəndələri lənətləyir:
"Əgər (Muhəmməd əleyhissəlamdan) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi? 
Onlar (münafiqlər, fitnə-fəsad törədənlər) Allahın lənət etdiyi (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir!”  ("Məhəmməd”, 22-23) 

Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lənətə düçar olacaqlar. Onları pis yurd (Cəhənnəm, o biri dünyanın pislikləri) gözləyir (Rədd, 25).

Peyğəmbərimiz(s) hədislərində möminlərə hətta qohumlarından biri  əlaqəni kəsərək onu rədd etdikdə belə, yenə də onunla əlaqəni saxlamağı tövsiyə edir. Hədislərdən  birində Məhəmməd əleyhissəlam buyurur ki, Allah onunla əlaqəni kəsən qohumla sileyi-rəhm edən bəndənin ömrünü 30 il uzadar – hətta onun  ömrünün sonuna 3 gün qalmış olsa,  belə. Qohumları ilə əlaqəni kəsən kimsənin canını isə Allah  3 gün  sonra alar, hətta onun ömrünün sonuna 30 il qalmış olsa belə...

Bəzi din alimləri bu hədislərin səhihliyinə, yəni həqiqətən Peyğəmbərimiz(s) tərəfindən söylənmiş olmasına şübhə edərlər.  Və buna təsdiq kimi  Qurani-Kərimin müəyyən olunmuş əcəl barədəki  ayəsini gətirərlər:"Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı (ölüm, tənəzzül və ya əzaba düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!”(Əraf, 34)

Ancaq  digər din alimləri bu hədisi belə izah edirlər ki, 30 il dedikdə yalnız bu dünya həyatından yox, Axirət həyatından da söhbət gedir. Yəni əgər insanın əcəli çatana yaxın o kəsilmiş qohumluq əlaqələrini bərpa etmişsə,  Axirət həyatındakı 30 il müddətində ona bu dünyada imiş kimi savablar yazılmaqda davam edəcək...
 
İcra.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...