Alimlərimiz klon yolu ilə 4 yeni çay sortu aldılar

Alimlərimiz klon yolu ilə 4 yeni çay sortu aldılar
Azərbaycanda yeni çay, limon və naringi sortları əldə edilib.

Sfera.az bildirir ki, bunu Trend-ə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) direktoru, elmlər doktoru, professor Fərman Quliyev deyib.

F.Quliyevin sözlərinə görə, uzun illər ərzində aparılan tədqiqat işləri nəticəsində mövcud limon, çay və naringi sortları arasından təsərrüfat göstəricilərinə - məhsuldarlığına, keyfiyyətinə, şaxtaya və quraqlığa davamlılığına, zərərvericilərə qarşı dözümlülüyünə görə ən yaxşı sortlar yoxlanılıb. Tədqiqatlar nəticəsində 4 yeni çay sortu əldə edilib.

Alim klon seleksiyası yolu ilə əldə edilən və artırılan həmin çay sortlarını "Fərmançay", "Fərmançay çəhrayı", "Lənkəran", "Xəzər" adlandırdığını da söyləyib: "Həmin çay sortları bir sıra morfoloji, bioloji xüsusiyyətləri, yaşıl yarpaq məhsulunun keyfiyyət göstəricilərinə görə rayonlaşdırılmış "Azərbaycan-2" çay sortu ilə müqayisə edilərək hərtərəfli öyrənilib. Əldə edilmiş yeni sortlar gələcəkdə təsərrüfatlarda yayıla bilər".

F.Quliyev əlavə edib ki, Lənkəran bölgəsində introduksiya olunmuş və seleksiya yolu ilə yaradılmış limon sort-formlarının yeni "LənkəranMeyeri" – ağçiçək sortu, naringi sort-formalarının isə qiymətli ilkin material kimi yeni naringi "Karlik tezyetişən" sortu yaradılıb.

O əlavə edib ki, yeni sortlar Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib.



OXŞAR XƏBƏRLƏR

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...