Dünya

Alimlərdən ciddi xəbərdarlıq: Əsrin sonunda dəhşətli fəlakət gözlənilir

Alimlərdən ciddi xəbərdarlıq: Əsrin sonunda dəhşətli fəlakət gözlənilir
Alimlər bəşəriyyətin ciddi fəlakətlə üz-üzə olduğunu açıqlayıblar.

Sfera.az ölkə.az-a istinadən xəbər verir ki, Himalay dağlarındakı buzların üçdə ikisinin əriməsi böyük faciəyə səbəb olacaq. Bu buzlar planetin 2 milyard əhalisini su ilə təmin edir. Himalay dağlarındakı buzlar Qanq, İnd, Xuanxe, Mekonq və İravadi çaylarını su ilə təmin edir.

Alimlərin qənaətinə əsasən, qlobal istilər 2100-cü ilə qədər davam etsə, buzların üçdə ikisi yoxa çıxacaq. Buzlar Himalay dağlarında yerləşən Hindiquş dağ silsiləsində yerləşir. Bu buzlar dağ regionunun 250 milyon, çay vadisinin 1.65 milyard əhalisi üçün əsas su mənbəyi sayılır.

Himalay buzları 70 milyon il əvvəl yaranıb və tempratura qarşı çox həssasdırlar. 1970-ci illərdən buzlar əriməyə və yoxa çıxmaya başlayıb. Bundan başqa yüzlərlə buzlu göl su axınını saxlaya bilməz və faciəvi daşqınlar baş verə bilər.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031