Sağlıq

Alimlər ürək üçün ən faydalı yağı təyin ediblər

Alimlər ürək üçün ən faydalı yağı təyin ediblər
 Kembric Universiteti (Böyük Britaniya) alimləri araşdırma nəticəsində ürək üçün ən faydalı yağı təyin ediblər.
Sfera.az saglamolun.az-a istinadən bildirir ki, alimlərin fikrinə görə, 4 həftə ərzində kokos yağını istehlak edən insanda ürək xəstəlikləri və insultun riski azalır.

Araşdırmada yaşı 50-dən 75 qədər olan 94 insan iştirak edib. İştirakçıları 3 qrupa bölüblər. Qruplardan birinə hər gün 3 x.q. zeytun, digər qrupa kokos, üçüncü qrupa isə kərə yağını istehlak etməyi tövsiyə ediblər.

4 həftədən sonra zeytun yağını istehlak edən qrupda "pis" xolesterolun səviyyəsi bir qədər azalıb, "yaxşı" xolesterolun səviyyəsi isə 5% artıb. 

Kokos yağı istehlak edən iştirakçılarda yaxşı xolesterolun səviyyəsi 15% artıb ki, bu da ürək-damar xəstəliklərinin, infarkt və insultun riskinin xeyli azalması deməkdir.

Kərə yağının istehlakı isə müsbət nəticələr göstərməyib.  
AdRiver

XƏBƏR LENTİ