Alimlər şokda BEYİN, ÖLÜMDƏN SONRA 10 DƏQİQƏ DAHA işləyir və ...
00:15 / 16.03.2017
1210
Kanadalı elm insanları, "tibbən ölü" anlayışının yenidən nəzərdən keçirilməsinə səbəb ola biləcək bir araşdırmaya imza atdı. Araşdırma, beynin ölümdən sonra 10 dəqiqə daha işlədiyini meydana qoydu.
Sfera.az bildirir ki, beynin öldükdən sonrakı vəziyyətini araşdıran araşdırmaçılar, "tibbən ölən" bir adamın beyninin 10 dəqiqə ərzində delta dalğaları yaydığını müşahidə etdi.
Mütəxəssislər, bu dalğaların normalda dərin yuxuda yayıldığına diqqət çəkir.
Həkimlərə görə, həyatını itirən bəzi xəstələrin beyni, ölümdən sonra 10 dəqiqə ərzində "dərin yuxuda" olan bir insanın beyni kimi çalışır.
Araşdırmanın, "tibbən ölü" anlayışının yenidən nəzərdən keçirilməsinə yol aça biləcəyi ifadə edilir. Xüsusilə orqan nəqli üçün beyin ölümü reallaşan donoru həkimlər tərəfindən tibbi ölü sayılması lazımdır
Bununla birlikdə, elm insanları, ölüm sonrası həyat üçün bunun nə anlama gəldiyindən bəhs etmək üçün hələ erkən olduğunu söylədi.