Sağlıq

Alimlər pivənin sağlamlığa faydalarını aşkarladılar

Alimlər pivənin sağlamlığa faydalarını aşkarladılar
Professor Nauls Xellerbrandın rəhbərlik etdiyi Erlanqen-Nyurberq Universitetindən olan alimlər qrupu pivənin tərkibində sağlamlığa müsbət təsir edən iki maddə aşkar ediblər. 

Bununla bağlı məlumat alman universitetinin tibb fakültəsinin rəsmi saytında yerləşdirilib. 

Qeyd edilib ki, bu maddələr ksantoqimol və izo-alfa-acı turşularıdır. 

Alimlər müəyyən ediblər ki, ksantoqimol qaraciyərin piylənməsindən qorunmağa yardım edir, çəkinin artmasına əngəl törədir və xərçəng hüceyrələrini məhv edir. 

Bildirilib ki, izo-alfa-acı turşular qaraciyərin inkişafını yaxşılaşdırır və qlükoza mübadiləsinə müsbət təsir göstərir. 

Alimlərin fikrincə, araşdırmanın növbəti mərhələsində bu maddələrin piylənmə, şəkər və xərçənglə mübarizədəki təsiri öyrəniləcək./oxu.az
 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31