Alimlər əllərin yuyulması ilə koronavirus arasında əlaqə barədə həqiqəti açıqladılar - FOTO

Alimlər əllərin yuyulması ilə koronavirus arasında əlaqə barədə həqiqəti açıqladılar - FOTO
 Alimlər yuyulan əllərin əslində necə göründüyünü ultrabənövşəyi kameranın köməyi ilə çəkiblər, həmçinin koronavirusdan qorunmaq üçün düzgün yuyunma üsulunu paylaşıblar.
 
Sfera.az xəbər verir ki, eksperiment iştirakçısı mikrobların ələ necə yapışdığını imitasiya edən xüsusi gellə əllərini silib.
 
Bildirilir ki, koronavirus kimi mikrobların ölçüsündə zərrəciklərin mövcud olduğu şəffaf gel ultrabənövşəyi şüaların altında işıq saçır. Təqdim olunan görüntülərdə əllər nə qədər açıq rəngdədirsə, bir o qədər çirklidir.
 
Mütəxəssislər bildiriblər ki, insanların dörddə biri sadəcə üç saniyə ərzində əllərini yuyur və silkələyir, qurutmur. Ancaq fotolardan görünür ki, bu kifayət eləmir. Üstəlik, mikroblar nəmli əllərdə daha yaxşı qalır, buna görə, əlləri silmək lazımdır.
 
Orta hesabla əllər altı saniyə yuyulur. Bununla bağlı dərc olunan fotoda görünür ki, belə yumadan və qurutmadan sonra dəridə işıqlı hissələr nisbətən azalır, lakin bu da mikrobların effektiv təmizlənməsi üçün kifayət deyil.
 
Əllərin yuyulmasında ən vacib amil sabundan istifadədir. Sabun bakteriyaları öldürmür, sadəcə onlardan xilas edir.
 
Əlləri sabunla 30 saniyə yumaq, dırnaqların altını, barmaqların arasını sürtmək lazımdır. Əgər sabun əlçatmazdırsa, spirt əsaslı dezinfeksiya vasitəsindən istifadə etmək lazımdır. 
 
Bu vasitələrdən potensial çirklənmiş səthlərə hər toxunduqdan sonra istifadə edilməlidir. (oxu.az)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...