Aliment borcuna görə azərbaycanlıları aldatdı
14:10 / 12.11.2019
1577
Rusiyanın Həştərxan vilayətində əcnəbilərə qarşı dələduzluq edən şəxs saxlanılıb.
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, 28 yaşlı şəxs iki azərbaycanlı və bir özbəkə qeydiyyat vədi edərək, onlardan ümumilikdə 120 min rubl (təxminən 3200 AZN - red.) alıb.
Ancaq rusiyalı vədini yerinə yetirməyib və buna görə də əcnəbilər polisə müraciət edib.
Polis tərəfindən saxlanılan şəxs aliment borcuna görə belə addım atdığını deyib. (milli.az)