Ali təhsil müəssisələrinə qəbul qaydaları dəyişdi
Cəmiyyət
13:09 / 20.02.2016
1127
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”nda dəyişikliklər edilməsi haqqında qərar verib.
Oxu.Az-ın məlumatına görə, dəyişiklik ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslarla bağlıdır.
Dəyişikliyə əsasən "Dizayn (memarlıq və dizayn istiqaməti)” ixtisası I ixtisas qrupundan çıxarılaraq V ixtisas qrupuna əlavə edilib.
"Geodeziya və xəritəçilik mühəndisliyi” və " Yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisasları isə II ixtisas qrupu sütunundan çıxarılaraq I ixtisas qrupuna əlavə edilib.