\"Ali təhsil müəssisələrində təhsil alan qızların sayı artır\"

\
 "2016-2017-ci tədris ilində bakalvr pilləsində təhsil alan 146131 tələbədən 72302 nəfəri qız təşkil edib"

2016-2017-ci tədris ilində bakalvr pilləsində təhsil alan 146131 tələbədən 72302 nəfəri qız təşkil edib. 2016-2017-ci tədris ilində magistratura səviyyəsində 11444 tələbə arasında qız tələbələrinin sayı çoxluq, yəni 6217 nəfər təşkil edir. Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 1 milyon 473 min nəfər olduğu halda, onlardan qızların sayı 677 min nəfər olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov, parlamentdə "Avronest" Parlament Assambleyasının "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi" mövzusunda keçirilən konfransında deyib.

Nazir müavini bildirib ki, bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaydanda gender stereotipləri mövcuddur. Əksər hallarda insanlar arasında münasibət bu stereotiplər əsasında formalaşır və bu onların peşə seçiminə də təsir göstərir.

Onun sözlərinə görə, son illərdə gender bərabərliyi üzrə aparılan məqsədyönlü tədbirlər nəticəsində ali təhsil müəssisələrində təhsil alan qızların sayında artım müşahidə edilib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...