Ali məktəblərə əlavə qəbulun nəticələri açıqlandı

Ali məktəblərə əlavə qəbulun nəticələri açıqlandı
 

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Sfera.az xəbər verir ki, nəticələri SMS vasitəsilə öyrənmək istəyən abituriyentlər elektron ixtisas seçimi ərizələrində qeyd olunmuş kodu ( sonuna "9" rəqəmi əlavə olunmuş iş nömrəsini) 7727 qısa nömrəsinə göndərməlidirlər.

Qeyd edək ki, nəticələr Dövlət İmtahan Mərkəzinin (DİM) saytında da yerləşdiriləcək.


OXŞAR XƏBƏRLƏR